Onur Plast
Suvarma Sistemlərinin Geniş Tətbiqinə Dəstək Oluruq
ONUR PLAST MMC 2018-ci ildə Azərbaycanda təsis olunub. Şirkətimiz kənd təsərrüfatı təyinatlı suvarma sistemlərinin və avadanlıqlarının satışını, eləcədə quraşdırılmasını həyata keçirir.
Məqsədimiz
innovativ həllər
təklif etməklə,
kənd təsərrüfatının inkişafı
üçün əvəzsiz vasitə sayılan suvarma sistemlərinin ölkəmizdə geniş tətbiqinə dəstək olmaq, ən ucqar bölgələrimizdə belə istehlakçıların tələbatlarını qısa zamanda qarşılamaqdır.
ABŞ
,
Türkiyə
və
İsrail
istehsalı olan, sənaye standartlarına uyğun yoxlanıldıqdan sonra satışa çıxardığımız məhsulların keyfyyətinə tam zəmanət veririk. Müştəri məmnunluğunun təmin olunmasını prioritet seçməklə, portfoliomuzu istehlakçıların ehtiyaclarına uyğun formalaşdırırıq. Vaxtaşırı keçirdiyimiz sorğular, irad və şikayətlərin təhlili iş prosesini daha da optimallaşdırmağımızı təmin edir.
Yüksək ixtisaslı mütəxəssislərdən
formalaşan kollektivimiz qarşımızda duran tapşırıqların həllində vahid komanda kimi çıxış edir.
Sizi artıq etibarlı tərəfdaş və müştəri tələblərini kompleks şəkildə qarşılayan bir şirkət kimi tanınan
ONUR PLAST MMC
ilə əməkdaşlıq etməyə dəvət edir, məhsul və xidmətlərimizdən yararlanmağa çağırırıq.
Ünvan: Bakı- Sumqayıt şosesi 17-ci km (DYP saray postunun yanı)
Əlaqə: 070 612 20 21
E-mail: [email protected]
web: https://onurplast.az/

