Sağlam Ailə
2003-cü ildə fəaliyyətə başlayan Sağlam Ailə Tibb Mərkəzi bu illər ərzində sürətli inkişaf yolu keçərək Azərbaycan səhiyyə sistemində özünəməxsus yer tutub. Mərkəzimizin qısa müddət ərzində əldə etdiyi nailiyyətlər, etibar edilən bir tibb müəssisəsi kimi nüfuz qazanması uğurlu məqam kimi qiymətləndirilə bilər.
Bu uğurlu fəaliyyət öz başlanğıcını C.Cabbarlı küçəsində açılan ilk filialımızdan götürür. Filial laboratoriya, ginekologiya, andrologiya şöbələri və qan otağı daxil olmaqla cəmi 5 otaqdan ibarət idi. Burada fəaliyyətimizin 5 ili tamam olan zaman xidmət çeşidinin artırılması və göstərdiyimiz xidmət keyfiyyətinin yüksəldilməsi üçün daha böyük bir mərkəzə ehtiyac yaranmışdı.
Beləliklə, 2008-ci ildə M. Qaşqay 93 ünvanında ikinci filialımız açıldı. Bununla da, laboratoriyamız böyüdü və burada daha çox laborator müayinə aparılmağa başladı. Qısa müddət sonra isə Sağlam Ailə Tibb Mərkəzi olaraq ISO 9001:2008 Beynəlxalq Keyfiyyət Standartı sertifikatına layiq görüldük.
Qarşımıza qoyduğumuz əsas vəzifələrdən biri fəaliyyətimizdə ən müasir və qabaqcıl texnologiyaların tətbiq olunmasıdır. Bu zərurətlə hədəflərimizə, strategiyamıza və dəyərlərimizə əsaslanaraq gördüyümüz işlərlə xidmət sahələrimizi genişləndirməyə və tibb sektorunun inkişafına töhfə verməyə çalışırıq. Məhz bu strategiya əsasında laborator xidmətlərlə yanaşı poliklinik xidmətlərə də ehtiyac olduğunu nəzərə alaraq, 2010-cu ildə Sağlam Ailə Poliklinikası fəaliyyətə başladı.
Bakı şəhərində əhaliyə göstərdiyimiz 9 illik xidmət ilə vətəndaşlarımızın daha çox inamını qazandıq. 15 may 2012-ci il Beynəlxalq Ailə Günündə Sumqayıt əhalisinin istəyi ilə Sumqayıt şəhərində yeni filialımızı istifadəyə verdik.
2012-cı ilin daha bir uğuru isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnova




