8th edition · 2027 · 23–26 June 2027 · Baku Expo Center

Construction

Clima Service

Biz, CLİMASERVİCE şirkəti gənc, ambisiyalı, dinamik inkişaf edən və qarşımızda yüksək hədəflər qoymuş bir şirkətik.
Şirkətimiz 2008-ci ildə məişət avadanlıqlarının təmiri və servisi üzrə ixtisaslaşmış müəssisə kimi fəaliyyətə başlamış və qısa zaman ərzində xidmət spektrini xeyli genişləndirərək yarımsənaye və sənaye tipli avadanlıqlarının təmiri və servis işləri üzrə xidmətlər göstərməyə başlamışdır.
2013-cü ildən etibarən isə layihələndirmə və satışa istiqamətlənmiş fəaliyyətimiz potensial müştərilərə tam spektr xidmət göstərməyə imkan vermişdir.
Şirkətimizin mühəndis heyəti istənilən istiqamət üzrə qısa zamanda və tam balanslaşdırılmış layihələri ilə sifarişçinin ən yüksək tələblərini belə təmin etmək imkanlarına malikdirlər. Bu zaman birinci əldən olan layihələrimizin büdcəyə uyğunluğu və tamlığı Sizləri xoş mənada təəccübləndirəcəkdir.
Şirkətimizin strukturunda yer alan satınalma departamenti cihaz və avadanlıqları istər yerli, istərsə də xarici bazardan, birbaşa istehsalçıdan təmin etməklə qiymət və keyfiyyət baxımından Sizlər üçün seçim alternativini təmin edəcəkdir.
Həmçinin CLİMASERVİCE şirkəti CLİMAVENETA (İtaliya), AHT (Avstriya), PRANA (Ukrayna), Mitsubishi (Yaponiya), Condair (İsveçrə), Hidros (İtaliya), Hitline (Ukrayna), Copeland (USA), VatBuz (Türkiyə), Condair, Copeland, CAREL, HİDROS, EMİCON, HİTLİNE, AERMEC, OBEH, SetFil kimi şirkətlərin Azərbaycan Respublikasında rəsmi tərəfdaşıdır. Bu isə qeyd edilən şirkətlərin məhsullarına şirkətimiz tərəfindən eksklyuziv qiymətlər vermək imkanını saxlayır.
Şirkətimizin yüksək kvalifikasiyalı, təcrübəli mühəndis, usta və işçi heyəti isə layihə və satışın ardından avadanlıqların keyfiyyətli montajını, zəmanət və zəmanətdən sonrakı dövrdə reqlamentə uyğun texniki qulluq (servis) və lazım gələrsə təmir işlərinin keyfi

[email protected] 994 12 533 00 45 Nərimanov rayonu Yusif Vəzir Çəmənzəmənli küçəsi 119C (Afen Plaza, 4-cü mərtəbə 11-ci ofis)
Clima Service