8-я выставка · 2027 · 23–26 июня 2027 · Бакинский Экспо Центр

Госучреждение

Dövlət Məşğulluq Agentliyi

Dövlət Məşğulluq Agentliyi (Agentlik) ölkədə əmək münasibətlərinin inkişafı və tam məşğulluğun təmin edilməsi istiqamətində dövlətin iqtisadi və sosial siyasətini icra etmək məqsədilə
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
(ƏƏSMN) tabeliyində yaradılan publik hüquqi şəxsdir. Müstəqil Azərbaycan tarixində əhalinin məşğulluğunu təmin etmək məqsədilə yaradılan ilk qurum 12 iyun 1991-ci il tarixli 211 nömrəli Qərarına müvafiq olaraq 1 avqust 1991-ci ildə fəaliyyətə başlayan Baş Məşğulluq idarəsi olmuşdur.
Azərbaycan Respublikasının vətəndaşlarına xidmətin zəruriliyi nəzərə alınaraq, 16 fevral 2011-ci ildə ƏƏSMN yanında Baş Məşğulluq İdarəsinin bazasında ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti yaradıldı. Növbəti 10 iI ərzində Xidmətin fəaliyyəti daha da şaxələnərək və miqyası genişlənərək 30 dekabr 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əsasında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsi yaradıldı.
30 iyun 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “
Dövlət Məşğulluq Agentliyinin Nizamnaməsi
” təsdiq edildi.
Hazırda Agentlik əhalinin məşğulluğunun təşviq və təmin edilməsi istiqamətində müxtəlif xidmətlərin icra edilməsini həyata keçirir. Aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “
Məşğulluq haqqında
” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili (bundan sonra – müvaf

[email protected] +994 12) 596 43 05 Bakı şəhəri, Salatın Əsgərova küçəsi 85
Dövlət Məşğulluq Agentliyi