8th edition · 2027 · 23–26 June 2027 · Baku Expo Center

Printing house

Moon Group

2008-ci ildə təsis edilmiş MOON GROUP şirkəti mətbəə, promo və reklam məhsullarının hazırlanması sahəsində etibarlılığı ilə ilk ağıla gələn şirkətlərdəndir. Şirkətimiz Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən bir çox dövlət və özəl müəssisələrə xidmət göstərməkdədir. MOON GROUP peşəkar kadr heyəti və müasir avadanlıqlarla təmin olunmuşdur. Eyni zamanda, şirkət Amerika, İtaliya, Fransa, Türkiyə, Rusiya və Çin kimi ölkələrdən Azərbaycana promo məhsulların idxalını həyata keçirməkdədir.
Uzun illərin təcrübəsinə əsaslanaraq, MOON GROUP müştərilərə keyfiyyətli və geniş çeşidli məhsullar təqdim edir. Hər bir məhsul müasir texnologiyalara cavab verən avadanlıqlarda, keyfiyyətli xammal ilə hazırlanır və müştəriyə zamanında çatdırılır. Müştəri xidmətlərinin keyfiyyətinin daim yüksək olması üçün mütəmadi olaraq, keyfiyyətə nəzarət tədbirləri görülür, təlimlər keçirilir. Eyni zamanda, məhsullarımız hazır olduqdan sonra müştəriyə təhvil verilməmiş kəmiyyət və keyfiyyət göstəriciləri dəqiqliklə yoxlanılır. Müştəri əlçatanlığı və rahatlığı üçün məhsulların çeşidləri və qiymətləri veb saytda detallı formada öz əksini tapmışdır. Qiymət baxımından məhsullarımız ekonomdan premiuma qədər geniş alternativə malikdir. Əsas məqsədimiz müştərilərimizə keyfiyyətli xidmət göstərməklə onları məmnun etməkdir.
Moon Group 3 əsas sahə üzrə fəaliyyət göstərir:
1.
Şirkətimiz aşağıda qeyd edilən mətbəə məhsullarının geniş çeşiddə hazırlanmasını təmin edir:
–    Vizitkartların çapı
–    Flayerlərin çapı
–    Buklet və dikletlərin çapı
–    Etiketlərin çapı
–    Firma blanklarının çapı
–    Bloknotların çapı
–    Qeyd kağızlarının çapı
–    Kağız çantaların çapı
–    Təqvimlərin çapı
–    Stikerlərin çapı
–     Zərflərin çapı
–    Jurnalların çapı
–    Kitabçaların çapı
–    Posterlərin çapı
– 

[email protected] +994) 55 263 22 29 Bakı şəhəri, City Point Biznes Mərkəzi, Cəlil Məmmədquluzadə 102A
Moon Group