8-ci sərgi · 2027 · 23–26 iyun 2027 · Bakı Ekspo Mərkəzi

Qida

Xonça

zərbaycan şirniyyat sənayesinin aparıcı müəssisələrindən olan “Xonça” fabriki yeni və müasir avadanlıqları ilə müştərilərə yüksək keyfiyyətli xidmət göstərir. Fabrikin təzə, isti, ləzzətli şirniyyat və un məmulatları hər gün “Araz” rəflərində müştərilərə təqdim olunur.
Ümumilikdə “Xonça” müştərilərə 200-dən çox məhsul çeşidi təqdim edir. Bu məhsulların istehsal edildiyi “Xonça” fabriki Qafqazın böyük şirniyyat istehsal məntəqələrindən biridir. Fabrikdə müxtəlif növ ətirli çörəklər, bulkalar, tortlar və digər şirniyyat və un məmulatları istehsal olunur.
Fabrikdə Fransa, Almaniya, Avstriya, Rusiya və Ukraynada xüsusi təlim keçmiş texnoloqlar çalışır. Müəssisə müasir və yüksək texnologiyalı avadanlıqlarla, həmçinin İsveçrənin Rondo markasına məxsus istehsal xətti, Almaniya istehsalı olan cihazlarla təmin olunub.
“Xonça” məhsulları “Araz” və “Spar” mağazalarında alıcılara əlçatan olmaqla yanaşı, ölkənin böyük korporativ şirkətlərini, beşulduzlu hotellərini müxtəlif qənnadı məhsulları ilə də təmin edir. Məhsulların hazırlanması və saxlanılmasının standartlara uyğunluğu mütəmadi olaraq yoxlanılır. “Xonça” Fabriki bütün çörək, bulka və tort çeşidlərinin donmuş formada təminatı gücünə malikdir.
Fabrikdə 2019-cu ildən  məhsulların donmuş formada istehsalı, saxlanılması və satışı həyata keçirilir. “Xonça” fabrikindən donmuş yarımfabrikat olaraq, təmin edilən məhsullar mağazada bişirilir və isti-isti müştərilərə təqdim olunur. Məhsulların hazırlanması və saxlanılması mövcud standartlara uyğun şəkildə təşkil edilir, proseslər mütəmadi olaraq yoxlanılır. “Xonça” Fabriki  SGS Ltd tərəfindən ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə sistemi standartına uyğunluğu təsdiqlənərək Sertifikata layiq görülüb.
“Xonça” fabrikində əsas məqsəd istehsal prosesinin hər mərhələsində yüksək keyfi

Xonça