8-я выставка · 2027 · 23–26 июня 2027 · Бакинский Экспо Центр

Здравоохранение

Bioloji Təbabət Klinikası

Inteqrativ Təbabətin ən geniş yayılmış sahələrindən biri olan Biotənzimləyici Terapiyanın təməli alman alimi
H.Rekkeveq
tərəfindən qoyulub.Buna görə də bu terapiyanın vətəni Almaniya sayılır.Lakin 50 ildən artıqdır ki, yalnız Almaniyada deyil, Avropanın bir çox ölkələrində, Amerikada, Braziliyada, Kolumbiyada, hətta, Afrika ölkələrinin bəzisində həkimlər biotənzimləyici terapiya üsullarından istifadə edirlər. Keçən əsrin 90-cı illərindən etibarən isə bu təbabətin müalicə üsulları Rusiya, Ukrayna, Qazaxıstan və Baltikyanı ölkələrdə tətbiq olunur.
1998-ci ildə Elxan Yaqubov Bakıda Almaniyanın HEEL şirkətinin preparatlarının satışı ilə məşğul olan “Planeta” MMC-ni təsis etdi. 2001-ci ildə isə “Planeta” MMC -nin bir qrup nümayəndəsi həmin şirkətin Baden-Badendə yerləşən dərman zavodu və Antihomotoksik Terapiya Cəmiyyətnin fəaliyyəti ilə yaxından tanış olmaq üçün Almaniyaya səfər etdi.
Yerli həkimlərin biotənzimləyici terapiya ilə müalicə üzrə biliklərə yiyələnməsi üçün İlk dəfə 2002-ci ildə Lənkəranda Antihomotoksik Terapiya Cəmiyyətinin xətti ilə Beynəlxaq səviyyəli seminar təşkil olundu. 2001-ci ildən bu günədək, Biotənzimləyici Terapiya və İnteqrativ Təbabət üzrə əsasən Almaniyadan olmaqla, müxtəlif xarici ölkələrdən dəvət olunmuş beynəlxalq dərəcəli mühazirəçilərin keçirdiyi yüzlərlə seminar, konfrans və master-klasslarda respublikamızın müxtəlif bölgələrindən olan 9000-dən çox həkim bu müalicə üsullarının sirlərinə yiyələnib. 5000-dən çox həkim isə 92 saatlıq bütöv kursu bitirib və sertikifat alıb. Almaniya, İsveçrə, Rusiya və başqa xarici ölkələrin bu terapiya üzrə yüksək ixtisaslı həkim-mütəxəssisləri yalnız Bakıda deyil, Azərbaycanın bir çox bölgələrində, o cümlədən, Gəncə, Mingəçevir, Göyçay, Bərdə, Sumqayıt, Naxçıvanda biotənzimləyici terapiya və İnteqrativ Təbabə

[email protected] +994 12) 430 89 89 3. mkr, Peşavari küç. 110
Bioloji Təbabət Klinikası